Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kəmaləddin Heydərov Qusara getdi

Baxılıb: 690     Tarix: 20-12-2019 13:09   

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 20-də Qusar şəhərində vətəndaşları qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.Həmin gün Fövqəladə Hallar nazirinin müavinləri Rəfail Mirzəyev Qubada, Etibar Mirzəyev isə Xaçmazda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.шаблоны для dle 11.2