Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şirəliyev TƏBİB sədrinin əmrini geri oxuyub?

Baxılıb: 1 661     Tarix: 24-06-2020 17:07   

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev vəzifəsinin başındadır.
Qanunvehedef.az xəbər verir ki, bunu Modern.az-a aşıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.
R.Əliyeva qeyd edib ki, baş həkim R.Nağıyevin vəzifəsindən kənarlaşdırılması və yenidən bu vəzifəyə qaytarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq, onun yerinə Cavanşir Fərəcovu təyin etdiyi haqda mediada məlumat yayılıb. İddia edilib ki, bu, Səhiyyə naziri Oqtay Şirəliyevin etirazına səbəb olub. Təcili yardımın səlahiyyətlərinin yenidən nazirliyə qaytarılması ilə nəticələnən bu etirazdan sonra Oqtay Şirəliyev Rauf Nağıyevi öz vəzifəsinə bərpa edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar