Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Tramp paylaşım etdi, Mark 7.2 milyard dollar ziyana düşdü

Baxılıb: 1 270     Tarix: 29-06-2020 10:14   

ABŞ-da onlarla şirkət prezident Donald Trampın şiddət ifadə edən paylaşımını silmədiyi üçün "Facebook"dan reklamlarını geri çəkib.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Minnesota əyalətininin Minneapolis kəndində polis tərəfindən nəzarətə alındığı zaman qətlə yetirilən qaradərili Corc Floyd üçün başlayan etirazlar çox şiddətli hala çevrilmişdi.
Həmin vaxt Donald Tramp etirazçılarla bağlı açıqlama verərək "Əgər talan etməyə başlasalar, o zaman atəş açacağıq" deyib. ABŞ prezidentinin bu açıqlamasını zorakılıq ifadə etdiyinə görə ilk dəfə "Twitter"silmişdi.
"Twitter"in bu addımından sonra gözlər Facebook və Mark Zukerberqə yönəlib, lakin Zukerberq Trampın yazdığı mesajın Facebook qaydalarını pozmadığını bildirərək paylaşımı silməmişdi.
Buna görə də ABŞ-da onlarla şirkət həmin paylaşımı silinmədiyi üçün öz reklamlarını "Facebook"dan geri çəkiblər. Bu addımın Facebook şirkətinin direktoru Mark Zukerberqə maliyyə baxımından əks təsir göstərib. Belə ki, o Facebookun səhmlərinin 8,3 faiz dəyər itirdiyi və Zukerberqin sərvətindən 7,2 milyard dollar itirdiyi, ümumi sərvətinin 82,9 milyard dollara düşdüyü bildirilib.
Qeyd edək ki, Zukerberq dünyanın ən varlı adamları siyahısında 4-cü yerdə olduğu bildirilib.

 Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar