Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ABŞ-Azərbaycan münasibətlərinin təşviqinə dair müzakirələr keçirilib

Baxılıb: 771     Tarix: 17-07-2020 08:10   

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə Birləşmiş Ştatlarla Azərbaycan arasında ticarətin təşviq edilməsi üçün bu ölkədə yaşayan azərbaycanlı icmanın roluna dair konfrans keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, konfransın əsas məqsədi ikitərəfli ticarətdə ABŞ-dakı azərbaycanlı icma nümayəndələrinin imkanlarının və iki ölkə arasında reallaşdırıla biləcək biznes sahələrinin dəyərləndirilməsi olub.
Tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının rəhbəri Jaydev Sinx, Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və WCC International şirkətinin direktoru Elşən Baloğlanov çıxış ediblər. Görüşə eyni zamanda bir sıra yerli azərbaycanlı şirkətlərin sahibləri, eləcə də ABŞ ilə ticarətdə maraqlı olan Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.
USAID Missiyasının rəhbəri çıxışına başlamazdan öncə son günlər Ermənistan-Azərbaycan sərhədində qarşı tərəfin təxribatı nəticəsində bir sıra azərbaycanlı mülki və hərbi şəxslərinin həlak olduğu, eləcə də sərhəd bölgəsində gərgin vəziyyətin yarandığı haqda məlumatlar verərək həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edib.
Konfransda ABŞ-da yaşayan azərbaycanlı icmanın Azərbaycanla olan mədəni, sosial və linqvistik bağlarından ikitərəfli ticarətin inkişafı üçün istifadə edilməsi imkanlarının geniş olduğu vurğulanıb, bunun üçün dünyada olan bir sıra nümunələr misal göstərilib. Bundan əlavə, ayrı-ayrı bizneslərin hər iki ölkədə ticarətə başlaması üçün USAID və AZPROMO-nun malik olduğu mexanizmlər müzakirə edilib. Görüş sual və cavab sessiyası ilə davam edib.
Diaspor icmalarının iki ölkə arasında ticarətin inkişafında müstəsna imkanlarının, ələlxüsus, bazar araşdırması və ticarətin ilkin dövrlərində tərəflər arasında mədəni baryerlərin aradan qaldırılması imkanlarının geniş olduğunu diqqətə alaraq, mövzunun bundan sonra da davamlı olaraq müzakirə edilməsi ABŞ-Azərbaycan Ticarət Palatası, USAID Azərbaycan Missiyası və AZPROMO arasında razılaşdırılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar