Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İrəvan bu istiqamətdən qorxmalıdır - General

Baxılıb: 1 029     Tarix: 17-07-2020 17:46   

Ermənistan ilk növbədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan qorxmalıdır. Bu Ordu Ermənistan ordusundan daha üstün imkanlara, texnoloji xüsusiyyətlərə malikdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov LAF TV-nin efirində deyib. Onun sözlərinə görə, ermənilər mümkün ssenaridə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qarşısını ala bilməyəcək:
“Bu gün Azərbaycan Ordusunda olan artilleriya sistemleri, reaktiv yaylım atəş kompleksləri və digər modern silahlar Naxçıvandakı orduda da var. Yəni Azərbaycandan gələcək istənilən hücum Naxçıvandan da gələ bilər”.
Y.Aydəmirov bildirib ki, Ermənistanda siyasi sabitlik qorxu və müharibə xofu əsasında təmin olunur:
“Ermənistan daxili siyasətinə diqqətlə baxdıqda görə bilərik ki, nə vaxt xalq narazılıq edir, etiraz səsini ucaldır, o zaman Qarabağ klanı ilə İrəvan klanı cəbhədə süni münaqişə yaradaraq, xalqa Azərbaycanın hər an hücum edə biləcəyini göstərir. Bu, onların milli xüsusiyyətidir. Xalqı qorxu altında saxlayırlar”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar