Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Xavər Abdullayeva –Nitq qüsurlu uşaqların xilaskarı

Baxılıb: 1 726     Tarix: 21-07-2020 23:18   
   
 -Müsahibimiz Səlis Danışıq psixoloji mərkəzin rəhbəri, Loqoped-defektoloq Xavər Abdullayevadır. Xavər xanımla uşaqlarda nitq qüsurlarının yaranma səbəblərindən və bunun aradan qaldırılma yolları haqqında danışacayıq.

Uşaqlarda nitq qüsurları hansı səbəblərdən yaranır?

— Uşaqlarda müşahidə olunan gec dil açma və danışıq geriliyi bir sıra nevroloji problemlərin, o cümlədən, autizm xəstəliyinin əlaməti kimi ortaya çıxır. Baş beyinin inkişaf qüsurları zamanı nitq mərkəzinin də inkişafdan qalması halında gec dil açma və ya dildə danışıq qüsurları yaranır. Vaxtında üstünə düşülərsə, yəni iki yaşından defektoloq-loqopedə müayinə edilərək müalicəyə başlanarsa, o zaman uşaqda yaşanan bu problemləri vaxtında aradan qaldırmaq mümkündür.

Danışıq problemləri neçə yaşına qədər müalicə ilə aradan qaldırıla bilər?

— Analar çox diqqətli olmalı, övladlarının səhhəti ilə maraqlandıqları kimi onların danışıq qabiliyyətlərini də yaxından təqib edərək, bir şübhə yarandığı halda həkimə müraciət etməlidirlər. Çünki danışıq geriliyi olan iki yaşında bir uşağı müalicə etmək bu problemdən əziyyət çəkən altı yaşlı uşağı müalicə etməkdən daha rahat olur. Belə olduqda qısa zamanda uğurlu nəticə əldə etmək mümkündür. Bir yaşda uşağın lüğət
ehtiyatında ən az 10 söz olmalıdır. Bu sözlərə ana, ata, gəl, get, apar, gətir və s. misal çəkmək olar. Valideynlər fikir verməlidirlər: əgər uşaq bir yaşını tamam edərək iki yaşına doğru irəlilədikcə söz ehtiyatı artmır və uşaq əlavə sözlərdən istifadə etmirsə, o zaman vaxt itirmədən loqoped həkimə müraciət etməlidirlər.

Uşaqlarda dil-dodaq qüsurları səbəbindən nə kimi danışıq pozğunluqları yarana bilər?
Bunları aradan qaldırmaq mümkündürmü?

— Bir çox hallarda kəllə-beyin təzyiqi ilə doğulmuş uşaqlarda dil gərginliyi olur ki, bu zaman onlar danışmaqda çətinlik çəkirlər, sözləri düzgün tələffüz edə bilmirlər. Bu problemləri loqoped həkimlər müxtəlif alətlərin köməyilə dil kökünü və dilin özünü masaj edərək yumşaldır. Və ya bir sıra dil gimnastikaları da var ki, bu hərəkətlər də dilin əzələsində olan gərginliyi aradan qaldıraraq, onun elastikliyini bərpa edir. Bundan əlavə, uşaqlarda anadangəlmə dovşandodaqlıq müşahidə oluna bilər ki, bu zaman da danışıq problemi yaranır. Bu xəstəliyi yalnız cərrahi əməliyyat vasitəsilə aradan qaldırmaq mümkündür. Əməliyyatla uşağın dodağı normal vəziyyətinə qaytarıldıqdan sonra artıq defektoloq-loqoped uşağı müalicə etməli, bir sıra masajların köməyilə nitqdə yaranmış qüsurları aradan qaldırmalıdır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar