Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev Sommaruqaya məktub göndərdi

Baxılıb: 1 281     Tarix: 31-07-2020 13:24   
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Zati-aliləri xanım Simonetta Sommaruqaya məktub göndərib.
Qanunvehedef.az məktubun mətnini təqdim edir:
"Hörmətli xanım Prezident,
İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ənənəvi dostluq və sıx əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Cari ilin yanvar ayında Sizinlə Davosda keçən görüşümüzü məmnuniyyətlə xatırlayır, bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost İsveçrə xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah arzulayıram".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar