Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tramp əhalinin 98 %-ni vergidən azad edir

Baxılıb: 1 167     Tarix: 09-08-2020 13:29   

ABŞ prezidenti Konqresdən yan keçərək bir sıra yeni qərarlar qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.O, koronavirus pandemiyasına görə Amerika vətəndaşlarına həftəyə daha 400 dollar məbləğində pul ödəniləcəyini bildirib.
"İllik qazancı 100 mindən aşağı olan vətandaşlarımızı gəlir vergisindən azad edirəm. Ölkənin 98 %-nin gəliri bu rəqəmdən aşağıdır. Qərar ilin sonunadək qüvvədə olacaq. Noyabrda keçiriləcək prezident seçkisində qalib gələcəyim təqdirdə, bu qərar daimi qüvvədə olacaq", – Donald Tramp bildirib.
Tramp koronavirus pandemiyası dövründə ipoteka, o cümlədən kirayə borcları olan vətəndaşların evlərdən çıxarılmasını da qadağan edib. Bundan əlavə, o, təhsil haqqı borcları olan tələbələrə yardım məqsədilə əlavə tədbirlər görüləcəyini də deyib.
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Demokratların lideri Çak Şumer isə Trampın təklif etdiyi tədbirləri tənqid edərək respublikaçıları danışıqlara çağırıblar.(axar. az)



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar