Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Deputat: “Qarabağ məsələsində qələbəyə hesablanan strategiya tezliklə bəhrəsini verəcək”

Baxılıb: 2 504     Tarix: 14-08-2020 18:48   

“Təsadüfən deyilməyib ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün düzgün müəyyən edilən strategiya qələbənini təminatçısıdır.  Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın qarşısında duran problemlərin həlli  və hədəflərinə çatması istiqamətində müəyyən etdiyi düzgün strategiya öz bəhrəsini verməkdədir. Bu məqsədlə Ulu öndər Heydər Əliyev Azərbaycanın  karbohidrogen ehtiyatlarından dövlətimizin milli maraqlarını təmin edilməsi, qarşısında duran problemlərin həlli və hədəflərə nail olunması üçün müəyyən etdiyi strategiya nəticəsində qarşıya qoyulan məqsədlərə nail olunmasında müstəsna rol oynamaqdadır. Məhz bunun nəticəsində Azərbaycan qısa zaman ərzində  həm bölgədə, həm də ölkə daxilindəki çox mürəkkəb ictimai-siyasi proseslərdən  çıxaraq, uğurlu inkişaf yoluna qədəm qoydu. Ölkədə sabitlik yarandı, sürətli iqtisadi inkişaf insanlaırn sosial rifah halının yaxşılaşmasına  imkan yaratdı, beynəlxalq aləmdə Azərbaycanın mövqeyi və nüfuzu artaraq, möhkəmlənməyə başladı, dövlət təhlükəsizliyi təmin edildi, elmi-texnoloji inkişaf üçün münbit şərait yarandı. Ən əsası isə bu strategiya  nəticəsində Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında  və haqq səsinin dünyada eşidlməsində və qəbul edilməsində də öz müstəsna rolunu oynamaqdadır. Bu gün   bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qələbəyə hesablanan strategiya  cənab Prezident İlham Əliyev tərəfindən  uğurla həyata keçirilməkdədir  və onun rəhbərliyi altında Azərbaycan yeni-yeni uğurlara  imza atmaqdadır”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.
Millət vəkilinin sözlərinə görə,  Xəzər dənizində “Qarabağ” yatağının işlənməsi üçün tikilən “Qarabağ” dayaq blokunun hazırlanması  dediklərimizin bariz nümunəsidir:
“Bir çoxları “Qarabağ” dayaq blokunun hazırlanmasına sadə və sıradan hadisə kimi baxa bilər. Amma belə bir blokun tikilməsi Azərbaycan neft-qaz  sənayesinin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Baxmayaraq ki, SSRİ dövründə neft sənayesi nə qədər inkişaf etsə də, o dövrdə  dərin sularda qazma işləri aparmaq  üçün qurğular və avadanlıqlar yox idi. SSRİ dövründə ancaq elə də dərin olmayan sularda qazma qurğuları var idi. Amma Ulu öndər H. Əliyevin müəyyən etdiyi düzgün  neft strategiyası təkcə neft hasilatı baxımında deyil, ümumiyyətlə neft-qaz sənayesinin kompleks inkişafına  böyük töhfə verdi və bu sahə sürətlə inkişaf etdi və açıq dənizdə üzən yarımdalma qurğularının qurulmasına və istifadəsinə başlanıldı. Məhz həmin strategiyanın nəticəsidir ki, bu gün  azərbaycanlı mütəxəssislər dərin sulu sahələrdə qazma işləri aparmaq üçün ən mürəkkəb qurğular hazırlayaraq ərsəyə gətirir. 70 il bundan əvvəl dünyada ilk dəfə Xəzərdə ilk metal dayaqların və estakadaların qurulmasına başlanılıb. Bu ötən müddət ərzində Azərbaycan neftçiləri və bu sahədə çalışanlar çox böyük təcrübə əldə ediblər. Müstəqilliyimizi yenidən bərpa etdikdən sorna isə bu sahədəki inkişaf yeni bir mərhələyə qədəm qoyub. Hazırda Azərbaycanın neft-qaz sənayesində ən müasir texnologiyalar tətbiq olunmaqdadır. Məhz bunun nəticəsi olaraq bu gün   Azərbaycan mütəxəssisləri tərəfindən çəkisi 16 min tondan çox, 190 metr hündürlüyündə olan çox mürəkkəb konstruksiya qurğusu hazırlanıb.  Bu qurğu 200 metr dərinlikdə qazma işlərini həyata keçirməyə imkan verəcək. Ölkə başçısı da çıxışında bəyan etdi ki, sovetlər dönəmində  açıq dənizdə dərin sularda qazma işlərini aparmaq üçün  texnologiyalarımız olmadığından  dənizin dərinliyində olan yataqlar toxunulmaz qalıb. Amma bu gün Azərbaycan ən dərin sularda belə qazma işləri aparmaq üçün müasir texnologiyalara və potensiala  malikdir. Belə bir qurğunun hazırlanmsa eyni zamanda Azərbaycan iqtisadi potensialının gücünü və dövlətin qüdrətini göstərir. Belə bir müərkkəb qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanması dövlətimizin daha da inkişafına, güclənməsinə xidmət edəcək”- deputat qeyd edib.
Deputat əlavə edib ki, enerji sahəsində müəyyən edilmiş düzgün strategiya  nəticəsində bu gün Azərbaycan qloballaşan dünyanın  əsas geoiqtisadi və geosiyasi proseslərində aktiv iştirak edərək, dünyanın enerji təhlükəsizliyinə töhfə verməklə  beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməkdədir:
“Yəni Azərbaycan yürütdüyü siyasətlə dünya enerji bazarında özünəməxsus yeri tutmaqla, dünyanın əsas aparıcı şirkətlərini və ölkələrinin maraqlarını özünə cəlb edib, etibarlı tərəfdaşlar qazanmaqdadır. Odur ki, bütün dünya ölkələri və aparıcı şirkətləri Azərbaycana sərmayə qoymağa və əməkdaşlıq etməyə cəhd edir. Ona görə də  enerji sahəsindəki yürüdülən siyasət Azərbaycan üçün çox böyük tarixi əhəmiyyətə malikdir. Çünki 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və uğurla icra olunması ilk növbədə Azərbaycan vətəndaşlarında ölkənin gələcəyi, onun iqtisadi və sosial inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə yaradaraq sosial-iqtisadi problemlərin həllinə dəstək oldu.  Bu eyni zamanda Azərbaycan iqtisadi, enerji və dövlət təhlükəsizliyinin təmin olunmasında da  əhəmiyyətli rol oynayaraq, sonrakı mərhələ üçün  daha yeni imkanlar açdı. İndi Azərbaycan təkcə neft sahəsində deyil, eyni zamnda  Avropanın qazla təmin olunmasında da müstəsna rol oynamaqdadır. Bu məqsədlə yeni transregional qaz layihələri olan  Cənubi Qaz Dəhlizi və bunun davamı olaraq TANAP və TAP layihələri reallaşmaqdadır. Bütün bu işlər Azərbaycanın xarici iqtisadi siyasətinin təməl prinsiplərinə uyğun olaraq ölkəmizin milli maraqları və xarici dövlətlərin qarşılıqlı iqtisadi mənafelərini nəzərə almaqla, qarşılıqlı və faydalı əməkdaşlıq çərçivəsində reallaşır.
Burada bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycan enerji sahəsində yürütdüyü siyasət hesabına zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün özünə beynəlxalq tərəfdaş axtarırdı. Xəzər nefti Qərb ölkələri ilə Azərbaycanın maraqlarını uyğunlaşdırmaq, partnyorluq münasibətləri yaratmaq üçün çox əhəmiyyətli bir faktor ola bilərdi və artıq bu faktordan  faydalanmaqdadır. Bu siyasət öz bəhrəsini  verib və verməkdədir. Azərbaycan öz dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi islahatların aparılması, dövlət quruculuğunun, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin mahiyyətinin bütün dünyaya çatdırılması və onun həllində dünya ölkələrinin ədalətli mövqe tutmasında uğurla istifadə etdi. İndi isə proses münaqişənin həllində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi və Ermənistana təzyiq edilməsi mərhələsinə qədəm qoymaqdadır. Biz iyul ayında Ermənistan ordusunun Tovuz istiüqamətində həyata keçirdiyi təxribatlar zamanı şahidi olduq. Artıq dünya Ermənistanın təcavazkar siyasətinin əsl mahiyyətini anlamağa başlayır və vəziyyət Azərbaycanın maraqlaırna uyğun şəkildə dəyişməkdədir. O baxımdan “Qarabağ” yatağının istismarı və “Qarabağ” dayaq blokunun  hazırlanmasının da bir rəmzi mənası var. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu blokun suya salınma mərasimindəki çıxışında xüsusi olaraq qeyd etdi. “Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”- deyərək cənab Prezident bəyan etdi. Əminəm ki, Qarabağ məsələsində də qələbəyə hesablanan düzgün müəyyən edilən strategiya öz müsbət bəhrəsini verəcək və torpaqlarımız tezliklə azad olacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq”.
 Mürtəzaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar