Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Niyazi Bayramov Ermənistanın təhdid etdiyi Gəncədəki dövlət bayrağımızı hara itirib?Yeniləndi

Baxılıb: 1 508     Tarix: 25-08-2020 11:57   
Ermənistan "yeni ərazilər üçün yeni müharibə" məqsədi güdən təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan mövqelərinə təşkil etdiyi hücum cəhdi iflasa uğradıqdan sonra bu ölkənin hərbi siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını və təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. Bütün bunlar Ermənistanın səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq deyil, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirmək məqsədini güddüyünün bariz təzahürüdür.Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycan Respublikasının iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin "hərbi hədəf" kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma "başçısı" vasitəsilə Azərbaycan Respublikasının Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir.
Bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür.
Bu nöqteyi-nəzərdən, “hərbi hədəf” kimi təhdid edilən Gəncənin əhalisinin vətənpərvərlik ruhunun yüksək səviyyədə saxlanılması üçün hazırda koronavirus infeksiyası səbəbilə mədəni-kütləvi təbliğat tədbirləri keçirmək mümkün olmasa da, ən qazlından dövlətçiliyimizin və qəhrəman ordumuzun atributlarının və rəmzlərinin önə çəkilməsi vacib məsələdir. Atributların önündə isə flaqmnan kimi Azərbaycanın Dövlət Bayrağı gedir.
Haqlı olaraq Azərbaycanın ikinci paytaxtı hesab olunan Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Bayrağı Meydanı 2011-ci ildə tikintisinə başlanmış, 2012-ci ilin yanvar ayının 21-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iştirakı ilə açılış mərasimi olmuşdur. Bayraq Meydanındakı bayrağın postamenti 4 m, dirəyinin hündürlüyü 100 m, bayrağın eni 25 m, uzunu isə 50 m-dir. Daha doğrusu, əvvəllər belə idi. İndi isə... təəssüf ki, bayraq yerində yoxdur.
Sözügedən bayraq Gəncə çayının sağ sahilindədir, Bakıdakı analoqu kimi dəniz sahilində olsaydı, sərt külək səbəbindən tez-tez dəyişdirilməsinin gərəkliyini hardasa başa düşmək olardı. Di gəl, atəşkəs dövründə, ən müxtəlif iqtisadi və sosial layihələrə milyonların xərcləndiyi Gəncədə şəhər rəhbərliyinin bunca vacib məsələyə laqeyd yanaşmasının səbəbini başa düşmək olmur. Buna cavabdeh vəzifəli şəxslər müharibə olsa neyləyərlər görən? Bayrağı qoyub qaçarlar yəqin!Birmənalı: Gəncə şəhərindəki Azərbaycanın Dövlət Bayrağı yerinə asılmalıdır. Özü də təcili. Qoy Gəncəlilər baxıb qürurlansın, düşməninsə gözü çıxsın.




"Qanun və Hədəf"



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar