İrəvan Putini hədələdi: Nikolay kimi ailəsi ilə birgə... - Şok
Baxılıb: 680 Tarix: 21-10-2020 15:10
Azərbaycan ərazilərinin 30 illik işğalının tezliklə bitəcəyini hiss edən İrəvan artıq maskaları çıxarmaq qərarına gəlib. Maskanın altında isə erməni faşizminin əsl mahiyyəti üzə çıxır.
Qanunvehedef.az xəbər verir ki, “Armenian Reрort” nəşri son günlərdə Ermənistanın köməyinə gəlməyən bütün ölkələrə müharibə elan edib.
Bu ölkələrə Rusiya, Böyük Britaniya və Almaniya daxildir. Xüsusilə hamıdan və hər şeydən inciyən İrəvan Putinə xüsusi nifrətini gizlətmir.
“Putin Rusiyanın Ermənistana qarşı müttəfiq və tarixi öhdəliklərini xatırlaya bilərdi. Ancaq o, bizə xəyanət etdi. Tarix mütləq təkrarlanacaq və Putin bütün ailəsi ilə birlikdə devrilən və məhv edilmiş II Nikolayın taleyini yaşayacaq. Bu, tarixi bir ədalət idi... Putin Rusiyasının özünün də Çar Rusiyasının taleyi ilə qarşılaşacağını istisna etmirəm. Yenə də imperiyanın çöküşü, aclıq, vətəndaş müharibəsi olacaq. Ancaq bu həm də tarixi baxımdan təbii olacaq”, – deyə erməni qəzeti hədələyib.
Almaniya kansleri Angela Merkelin Qarabağ və ona bitişik 7 bölgənin Azərbaycan ərazisi olduğu barədə dedikləri də erməniləri az qəzəbləndirməyib.
“Kayzer Almaniyasının Sultan (Osmanlı) hökumətinin anti-erməni siyasətini dəstəklədiyini necə unutmaq olar? Çünki onun məhkum edilməsi alman kapitalistlərinin Yaxın Şərqdəki genişmiqyaslı planlarını təhlükə altına ala bilər.
Sonda Almaniyanın bəşəriyyət tarixindəki ən dəhşətli müharibəni başlatmaqda günahkar olan faşistlərin hakimiyyətə gəldiyi bir dövlət olduğunu necə unutmaq olar?” – deyə nəşr bildirir.
Böyük Britaniyanın mövqeyi də ermənilər arasında az qəzəblə qarşılanmayıb. İngiltərə Xarici İşlər naziri Dominik Raab Türkiyəni Londonun müttəfiqi adlandırdı. Bundan əlavə, London həm rəsmi kanallarla, həm də ali orqanın dili ilə Bakının Qarabağın hərbi işğalı istiqamətindəki fəaliyyətini dəstəklədiyini bəyan etdi.
Beləliklə, erməni nəşri bütün bu ölkələri təhdid edir.
Necə deyərlər, burada artıq şərhə ehtiyac yoxdur.
Ən çox oxunanlar
Son xəbərlər