Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru ilə görüşüb

Baxılıb: 772     Tarix: 31-10-2020 10:17   

Cenevrəyə işçi səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.
Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar