Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zəfər Bayrağı paradda nümayiş etdirildi

Baxılıb: 1 123     Tarix: 10-12-2020 15:04   

Azadlıq meydanında Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradı davam edir.

Qanunvehedef.az xəbər verir ki, Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli marşına “Zəfər” ordenli, general leytenant Kərim Vəliyev başçılıq edib.

Paradı birləşmiş hərbi orkestr müşayiət edir. Hərbi dirijor əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadədir.

Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər Bayrağı altında Azadlıq meydanında tribunaya doğru irəliləyib.

Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan ordusunun qoşun növlərinin bayraqları tribunaya yaxınlaşıb.

Vətən müharibəsində böyük qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları tribuna önündən keçib. Döyüş bayraqları Vətən müharibəsi qəhrəmanı general-mayor Zaur Məmmədov başçılıq edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar