Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İranın sözü varsa, bizə desin, Ərdoğana yox!

Baxılıb: 1 152     Tarix: 14-12-2020 13:36   

Ərdoğanın söylədiyi bayatı İran rəsmilərinin gülünc etirazına səbəb olunca Güney Azərbaycanda dillərə düşdü.
Kult.az xəbər verir ki, bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.
Xalq şairi bildirib ki, böyüklü-kiçikli hər kəs bunu təkrarlayır, birlik duyğumuzdan yaranmış yeni şeirlər sosial mediada yayılır:
“Tehran unutmasın ki, bu, xalq ədəbiyyatıdır, 50 milyonun dilindəndir. Narahat olsalar, onlarla belə bayatı səslənər. Hər birinin yüz-iki yüz il yaşı var. Sözü varsa, bu bayatıları qoşan otaylı-butaylı türklərə, onların babalarına desin, hörmətli Ərdoğana yox!
Araz, Araz, Xan Araz!
Dağlardan axan Araz!
Qardaşdan ayrı saldın,
Evimi yıxan Araz!”.




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar