Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Prezidentin nazir təyin etdiyi Nəbiyev kimdir? - Video

Baxılıb: 627     Tarix: 26-01-2021 15:04   

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.
Qanunvehedef.az xəbər verir ki, R.Nəbiyev 26 avqust 1977-ci ildə anadan olub.
1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.
R.Nəbiyev 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində çalışıb.
2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilib.
Prezidentin bu təyinatına qədər o, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışırdı

шаблоны для dle 11.2



Ən çox oxunanlar