Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazir bu qurumun yoxlanılması üçün tapşırıq verdi

Baxılıb: 673     Tarix: 16-02-2021 11:59   

Maliyyə Nazirliyi Vidadi Muradovun Azərxalça ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.
Qanunvehedef.az Unikal.org-a istinadən xəbər verir ki, bu işi Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti həyata keçirir.
Maliyyə naziri Samir Şərifovun əmri ilə adıçəkilən qurumun maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır.
Azərxalça ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin Azərxalça ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.
Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu Azərxalça ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar