Baş nazir QƏRAR İMZALADI - Bu şəxslər pulsuz təhsil alacaq
Baxılıb: 782 Tarix: 23-02-2021 12:26
Nazirlər Kabinetinin "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 18 mart tarixli 50 nömrəli, "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 12 may tarixli 88 nömrəli, "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 24 iyun tarixli 117 nömrəli və "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarlarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanuna edilmiş dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququnu övladlığa götürüldükdə saxlayırlar.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər