Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bayraqdarın yeni hədəfi: F-35 əvəzinə bu qırıcılar…

Baxılıb: 620     Tarix: 22-04-2021 13:22   

F-35 qırıcılarının verilməməsi Türkiyə üçün dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən yaxşı şeylərdən biri ola bilər.
Qanunvehedef.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Pentaqonun Türkiyəni F-35 proqramından çıxarmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Türkiyənin belə bir qırıcıya sahib olması üçün 15-20 il vaxt lazımdır:
“İstehsal olunacaq milli platformanın ümumi xərcləri hər halda F-35-dən az olacaq. Ancaq 15-20 ilə hazırlayacağımız təyyarə o zamana qədər istehsal edilən müasir təyyarələrdən bir nəsil geridə qala bilər. Bunun əvəzinə gələcəyin oyun dəyişdirən gücü olan az xərcli, süni zəka ilə təchiz edilmiş pilotsuz qırıcılara üstünlük verməliyik. Bununla PUA texnologiyamızda olduğu kimi, bu sahədə də dünya liderləri arasına daxil ola bilərik. Son 4-5 ildə “Akıncı” layihəsinin və pilotsuz uçuç aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik”.шаблоны для dle 11.2