Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ABŞ-ın İrəvandakı səfiri: Bakıya yardım edilib

Baxılıb: 621     Tarix: 28-04-2021 11:21   

Ermənistan və Türkiyənin barışmasına maraq artıq çoxdan mövcuddur. Bu, bütün regiona – Ermənistan, Türkiyə, Azərbaycan, Gürcüstana fayda gətirəcək. Bu, çox vacib məsələdir.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi deyib.
“Bu məsələdə Minsk Qrupu çox vacib rol oynaya bilər. Dediyim kimi, məsələlərin Minsk Qrupu vasitəsilə həll edilməsinə ümid edirəm. Bunun sayəsində biz daha ciddi barışıq problemlərinin həllinə nail ola bilərik”, – deyə o bildirib.
Treysi Qarabağda müharibənin dayanmasında Rusiyanın vacib rolu olmasına baxmayaraq, həll edilməsi gərəkən çoxlu vacib məsələlərin qaldığını söyləyib. Səfir həmçinin ABŞ-ın Bakıya hərbi yardım etmədiyini də bildirib:
“Hərbi yardım yox, terrorizmlə mübarizə üçün yardım! Bu, Azərbaycana İranla sərhədinin təhlükəsizliyinin təmini, ABŞ və Azərbaycanı narahat edən antiterror problemlərinin həllinə dəstək üçün verilib”.
ABŞ səfiri Ermənistanın KTMT-yə üzvlüyünün Vaşinqtonun İrəvana hərbi yardım etməsinə məhdudiyyət yaradan əsas amil olduğunu qeyd edib. Treysi məhz bu üzvlüklə əlaqədar Ermənistana silah satışının gerçəkləşdirilmədiyini bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar