Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Medicare” Klinikasının baş həkiminin proqnozları özünü doğruldur

Baxılıb: 986     Tarix: 18-05-2021 12:47   
 
Məlum olduğu kimi, 2021-ci il aprelin 1-dən Bakı, Sumqayıt və Abşeronda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcəklər. Bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” tabeliyində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.
İl yarım əvvəl “Qanun və Hədəf” qəzeti paytaxtın Sabunçu rayonunda fəaliyyət göstərən “Medicare” Klinikasının baş həkimi Anar Məmmədova “İcbari tibbi sığortanın tətbiqindən özəl tibb müəssisələri nə gözləyə bilərlər” sualı ilə müraciiət etmiş və belə cavab almışdı: “Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri yaxşı xatırlayarlar ki, sovetlər dönəmində səhiyyə və təhsil pulsuz idi. Biz - Azərbaycan xalqı pulu sevənik. Bizə havayı verilən şeyin, göstərilən xidmətin qədrini bilmirik, onu əhəmiyyətsiz hesab edirik. İcbari tibbi sığortanın tətbiqindən gözlədiyim ən böyük perspektiv budur ki, ən azından səhiyyə xidmətinin qiyməti barədə şüurlarda ölçü - meyar yaradacaq. Yəni, Azərbaycan xalqı biləcək ki, səhiyyənin, tibbi xidmətin, həkim qəbulunun bir qiyməti varmış və bu qiyməti artıq dövlət təyin edib. Önəmli olan həmin qiymətin biçilməsidir. Nə qədər ki, səhiyyənin pulsuz olması barədə stereotip postsosialist ölkələrin adamlarının şüurunda ətalət qüvvəsi ilə qalmaqda davam edir, onlar elə biləcəklər ki, hətta özəl tibb müəssisələrində çalışan həkimlərə də verdikləri pul zəhmət haqqı deyil, rüşvətdir”.
Müsahibimizin birinci təklifi bu olmuşdu ki, səhiyyədə aparılan islahatların davamı olaraq, icbari tibbi sığortanın tətbiqində yüksək səmərə əldə etmək üçün sifarişçi və icraedici qurumların bir-birindən ayrı olması, birinin digərindən asılı olmaması təmin edilməlidir: “Bizim misalda tutaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə publik hüquqi şəxs olan "TƏBİB" - in arasında hər hansı inzibati asılılıq, tabeçilik münasibətləri olarsa, təbii ki, nöqsanları ört-basdır etmək cəhdləri də olacaq, ictimai hesabatlılıq da tam təmin olunmayacaq, şəffaflıq prinsipləri qorunmayacaq”.
Baş həkimin fikirlərinin nə dərəcədə özünü doğrultduğu barədə mülahizə yürütməyə tələsmirik. Çünki bir ildən artıqdır ki, bütün dünyada olduğu kimi, Azərbaycan səhiyyəsi də çətin koronovirus sınağı yaşayıb və bu problem hələ davam etməkdədir.
“Medicare” Klinikası insanların sağlamlığının keşiyində dayanmaq vəzifəsinin öhdəsindən layiqincə gəlməkdədir və vaxtaşırı olaraq tibb xidmətində güzəştli kampaniyalar aparır. Axırıncı belə özəl aksiya Ramazan ayı boyunca təşkil edilmişdir. Belə ki, klinikada Fleboloqun qəbulu və müayinəsi ödənişsiz, Rəngli doppler (iki ayaq) müayinəsi 50 % endirimlə  30 AZN-ə, Skleroterapiya 50 % endirimlə 40 AZN-ə, Endovenoz lazer ablasiya əməliyyatı 30 % endirimlə 650 AZN-ə və s. həyata keçirilmişdir.
D-r Anar Məmmədovun ikinci təklifi isə bu olmuişdu ki, səhiyyəyə ayrılan dövlət vəsaiti artırılmalıdır. Sitat: “Hələ 1948-ci ildə indiki İsrail dövləti yaranandan sonra ölkə parlamentinin - Knessetin təsdiqlədiyi ilk dövlət büdcə xərclərində  səhiyyəyə 30, təhsilə 30 faiz vəsait ayrılmış, qalan 40 faiz isə digər çoxsaylı xərc maddələri arasında bölüşdürülmüşdü. Belə sosial siyasətin İsrail dövlətinə və yəhudi xalqına verdiyi faydanı da görməmək mümkün deyildir”.
Doğrudan da İsrail səhiyyəsinin necə inkişaf etdiyinə bu dost ölkənin Vətən müharibəsində yaralanmış qazilərimizin sağalması üçün göstərdiyi köməkliklərlə şahid olduq. “YAŞAT” Fondunun təşəbbüsü və İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin təmənnasız müayinə və müalicəsi həyata keçirildi.
Yeri gəlmişkən, qeyd edək ki, “Medicare” Klinikası da Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə göstərdiyi tibbi xidmətdə güzəştlər tətbiq edir. Bu barədə oxucularımıza yaxın vaxtlarda əlahiddə məlumat verəcəyik.

Pünhan Şükürшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər