Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Baxılıb: 657     Tarix: 22-07-2021 10:21   
Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycanda Millli Mətbuat Günü iyulun 22 -də, 146 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - "Əkinçi" qəzetinin buraxıldığı gündən qeyd edilir.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç "klassik" qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar