Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Eldəniz Səlimova cinayət işi açıldı - Baş prokuror elan etdi

Baxılıb: 302     Tarix: 03-08-2021 13:17   

Milli Məclisdə deputat Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deputatlar çıxış edərək münasibətini bildirib.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, yekunda Baş prokuror Kamran Əliyev səslənən fikirlərə münasibətini bildirib, sualları cavablandırıb.
Baş prokuror K.Əliyev deputat Erkin Qədirlinin sualına cavabında bildirib ki, həmin vaxt polis zabiti vəzifəsini icra etməyib, sadəcə zəng edib onu çağırıblar. Buna görə də faktla bağlı 315-ci yox, 309-cu maddənin 2-ci hissəsi ilə cinayət işi qaldırılıb. Baş prokuror dedi ki, burada dövlətin nüfuzundan da söhbət gedir.
K.Əliyev deputat Qüdrət Həsənquliyevin əvvəllər E.Səlimova qarşı hansısa təhdidlərin olub-olmadığı barədə sualına cavabında bildirib ki, hələlik deputatla bağlı istintaq başlamadığı üçün onu dinləmək imkanı olmayıb:
“Təbii ki, bu kimi hallar araşdırılacaq. Belə hallar varsa, hüquqi qiymət veriləcək. Ancaq əgər belə hallar olsa da, bunun üçün qanuni yollar var”.
Baş prokuror deputat Tahir Kərimlinin tərəfləri barışdırmaqla bağlı çağırışına reaksiyasında bildirib ki, bu, artıq başqa məsələdir və barışıq məsələsi deyil.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar