Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rövşən Əkbərov mənə dedi ki, Elçini öldürüb... - İbrahimov

Baxılıb: 370     Tarix: 09-08-2021 14:47   

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb və hazırda onun işi üzrə məhkəmə prosesi gedir.
Qanunvehedef.az Virtualaz.org-a istinadən xəbər verir ki, general ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, özünü təqsirli bilməyib, məhkəmədə ifadə verməkdən imtina edib, ona qarşı irəli sürülən ittihamı “film ssenarisi” adlandırıb. Elə istintaq dövründə də susmağa üstünlük verib.
Cinayət işi üzrə istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovdur. İş üzrə hələ 2003-cü ildə dindirilən N.İbrahimov ifadəsində E.Əliyevin kim tərəfindən bıçaqlanması barədə məlumatı olmadığını deyib. Lakin sonradan istintaqa verdiyi ifadəsində iş adamı, mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar özü də Kiyevdə sahibkarlıqla məşğul olduğunu göstərib. Bildirib ki, Elçin Əliyevlə münasibətləri yaxşı olub, ailəvi dostluq ediblər.
N.İbrahimov ifadəsində göstərib ki, 1997-ci ildə Ukraynaya səfir vəzifəsinə təyin ediləndən sonra E.Əliyev həm yaxın dostu, həm də azərbaycanlı kimi səfirliyin texniki təminatında iştirak edib, hətta özünə məxsus “Ford Mustang” markalı avtomobilini də müvəqqəti səfirliyin istifadəsinə verib. Səfirliyin təminatla bağlı olan problemləri qısa müddət ərzində həll olunduqdan sonra Elçinin avtomobili özünə geri qaytarılıb. Bununla yanaşı Kiyev şəhəri, Qluboçiskaya küçəsi 24 ünvanında yerləşən, N.İbrahimov və E.Əliyevin ofis kimi icarəyə götürdükləri ikimərtəbəli bina səfirlik tərəfindən rəsmi qaydada Ukrayna dövlətindən alınıb. 2000-ci ilin avqust ayında Milli Məclisə keçirilən seçkilərilə bağlı Bakıya qayıdıb və 1 iyun 2001-ci ilədək Kiyev şəhərinə getməyib.
N.İbrahimovun ifadəsinə görə, R.Əkbərovla şəxsi tanışlığı olmayıb, onu yalnız Azərbaycanın Milli Qəhrəmanı və Müdafiə Nazirliyinin generalı kimi qiyabi olaraq mətbuatdan tanıyıb.
Dostu E.Əliyevin öldürüldüyünü ona mərhumun biznes ortağı Səməd Novruzov zəng vurub deyib. Təyyarəyə bilet alıb birlikdə Kiyevə yola düşüblər, birbaşa morqa gediblər. Ekspert həkim onlara Elçinin ürəyindən bıçaqlandığını söyləyib: “Oradan çıxıb milis idarəsinə getdik. Elçinlə əlaqəsi olan şəxsləri dindirirdilər. Səfirliyin komendantı Qüdrət Əhmədov Rövşən Əkbərovun mənimlə görüşmək istədiyini dedi. Mən də razılaşdım. Həmin vaxt “Dnepr” otelində qalırdım. Rövşən Əkbərov qaldığım otelin foyesinə gəldi”.
Şahidin ifadəsinə görə, dostunun general tərəfindən qətlə yetirildiyini R.Əkbərovun şəxsən özündən eşidib. Hətta tək özü deyil, onların yanında olan Q.Əhmədov da bu deyilənləri eşidib. İfadəsində R.Əkbərovla təklikdə görüşmədiyini, Q.Əhmədovun da onların yanında olduğunu bildirib. R.Əkbərov görüş zamanı N.İbrahimova hadisə baş verən gecə səfirlikdə keçirilmiş qonaqlıqdan sonra adını xatırlamadığı bir nəfərlə “Sikora” kafesinə getdiyini, Elçin Əliyevlə və Məzahir Şıxaliyevlə bir stolda oturduqlarını, aralarında hansısa kobud rəftara görə mübahisə yarandığını, Məzahiri yumruqla, Elçini isə bıçaqla vurduğunu danışıb.
Xatırladaq ki, ordu korpusunun komandanı olmuş 56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenant rütbəsi daşıyır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar