Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu, Türkiyə ilə qardaşlığımızı əks etdirən özəl gündür

Baxılıb: 516     Tarix: 15-09-2021 12:55   
 
Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsinə münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitter səhifəsində paylaşım edib.
“15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür. Şəhidlərimizi dərin hörmətlə anırıq!”, - nazir vurğulayıb.
Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar