Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Toylarla bağlı nöqsana görə işdən çıxarılan rəis müavininin yerinə TƏYİNAT

Baxılıb: 385     Tarix: 20-09-2021 11:25   

Qazax Rayon Polis Şöbəsinə yeni müavin təyin olunub.
Qanunvehedef.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rəşad Abdullayev Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini təyin olunub.
Bundan əvvəl o, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, bir müddət əvvəl Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə daxili işlər orqanları sıralarından xaric edilib.
Onun vəzifədən çıxarılmasına səbəb toylarda karantin rejimi qaydalarının pozulmasına göz yumması olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar