Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Naftalan: “Sahibkarlar Günü”ndə fəaliyyətə başlayan “Nur” Müalicə mərkəzi yolunuzu gözləyir

Baxılıb: 1 197     Tarix: 12-08-2022 14:55   
  
Naftalanda fəaliyyət göstərən kurort-sanatoriya müəssisələri eyni vaxtda 3000-ə yaxın turist qəbul etmək imkanına malikdir. Son illər şəhərdə müasir tələblərə cavab verən 10-dan çox sağlamlıq mərkəzi istifadəyə verilmişdir.

Qeyd edək ki, müalicə müəssisələrinə gələn turistlərin sayında ən yüksək göstərici pandemiyadan əvvəl - 2019-cu ildə qeydə alınmışdır. Həmin il Naftalana 60 ölkədən 12 mindən çox, ümumilikdə isə 40 minə yaxın turist gəlmişdir. Təəssüf ki, pandemiya dövründə müalicə üçün şəhərə gələn turistlərin sayında azalma müşahidə olundu.

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44  günlük Vətən müharibəsi zamanı Naftalanın tibb-sağlamlıq müəssisələri yaralı əsgər və zabitlərimizin müalicə aldığı hospitallara çevrildilər.

Bütün çətinlikləri müvəqqəti sayan tərəqqipərvər şəhər sakinləri – iş adamları, zəhmətkeşlər Qələbədən sonra daha şövqlə çalışaraq şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin yaradılması işinə əhəmiyyətli töhfələr verməyə davam etdilər.

Həyata keçirilən yenidənqurma və abadlıq işləri cari 2022-ci ildə də daha geniş vüsət almışdır. Turistlərin maraq dairəsinə cavab verən çoxsaylı işlər görülmüş, o cümlədən tikinti-quruculuq işləri geniş vüsət almış, infrastrukturun inkişafı, əhalini narahat edən problemlərin həllinə diqqət artırılmışdır. Bu sırada 2022-ci il aprelin 23-də "Nur" Müalicə Mərkəzinin istifadəyə verilməsini  göstərmək olar. Üç mərtəbəli 2 korpusdan, 64 otaqdan ibarət sağlamlıq mərkəzi 214 nəfər qonaq qəbul edə bilər.

Diqqətəlayiq haldır ki, “Nur” Müalicə Mərkəzinin açılışı əlamətdar gündə - “Sahibkarlar Günü”ndə baş tutmuşdur. Açılış mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndələri və Mərkəzin kollektivi iştirak etmişlər. “Nur” Müalicə Mərkəzinin sahibkarı, tanınmış iş adamı Məzahir Mikayılov müəssisənin açılış gününü təsadüfi seçməyib və təqvimin həmin səhifəsi dövlətimizin, onun başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstəyi simvolizə edir.

Sağlamlıq Mərkəzinin administratoru Elvin Adıgözəlovdan öyrəndik ki, burada münasib qiymətə təklif olunan xidmətlərə check up müayinə, Naftalan vannasi, fizioterapiya, massaj, parafin, inqalasiya, maqnitoterapiya, 3 dəfə yemək və s. daxildir.
Güllərlə əhatə olunmuş çay bağçası, açıq bufe, təmizliyi ilə fərqlənən “Nur” Sağlamlıq Mərkəzi sizlərin yolunuzu gözləyir.


Mehman Ziyadov




шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar