Xəbər lenti
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

NATO-ya Ukraynaəsilli qadın siyasətçi rəhbərlik edə bilər

Baxılıb: 648     Tarix: 08-09-2022 11:24   

Kanadanın Baş nazirinin müavini və maliyyə naziri Xristiya Friland NATO-nun yeni Baş katibi ola bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CBC News” yayıb.
Məlumata görə, Ottava, Vaşinqton və Brüsseldən olan mənbələr bildirib ki, Frilandın adı artıq bir neçə aydır ki, beynəlxalq dairələrdə bu vəzifəyə namizəd olaraq dolaşır.
Frilandın özü isə sözügedən vəzifəyə namizəd olması ilə bağlı suala cavab verməkdən yayınıb və bildirib ki, onun artıq iki işi var.
Dünya mediası bu namizədlik məsələsi fonunda Frilandın Ukraynaəsilli olmasını xatırladıb. Belə ki, Xristiya Frilandın anası ukraynalıdır.
Xatırladaq ki, NATO-ya hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar