Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir"- Deputat

Baxılıb: 740     Tarix: 30-09-2022 11:14   
​​​​
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib. Heydər Əliyevin yolu keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayan hər bir azərbaycanlı üçün müstəqilliyin, suverenliyin, inkişafın, tərəqqinin, böyük Zəfərimizin davamlılığının və tarixi ədalətin bərpasına tam nail olmağımızın yeganə qarantıdır".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, 2023-cü ildə ən böyük təmənnamız Ulu Öndərin ruhuna, adına layiq vətəndaş olmaq, onun milli dövlәtçilik məfkurəsinə sadiqliyi ifadə edən ideyalarını yaşadan İlham Əliyev şəxsiyyəti ətrafında daha sıx birləşərək yekun sülhə, vətəndaş cəmiyyətində daha sarsılmaz birliyə, bölgəmizdə ədalətin və təhlükəsizliyin bərqərar edilməsinə töhfəmizi verməkdir.


"Sərəncamda da ifadə olunduğu kimi, "Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir".
AYSEL QULİYEVA

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar