Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“İki min müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”

Baxılıb: 664     Tarix: 13-10-2022 11:25   

“Müəllimlərin sertifikasiya imtahanında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Ona güzəşt etmək mümkündürmü? Birmənalı olaraq, yox!”
Qanunvehedef.az xəbər verir ki, bunu Real TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Sertifikasiya imtahanının nəticələri ilə bağlı danışan nazir qeyd edib ki, ilk dəfə keçirilən bu imtahanların nəticəsi onu deməyə əsas verdi ki, Azərbaycan müəllimlərinin əksəriyyəti öz peşəsinə yararlıdır. Həmin müəllimlər öz peşə fəaliyyətlərini artıq artırılmış əmək haqqı ilə davam etdirəcəklər.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiyasının nəticələri göstərdi ki, bir qisim müəllimin tədris aparmaqla bağlı müəyyən problemi var: “Bu zaman sual ortaya çıxır ki, müəllim öz fənnini bilmirsə, onda sinifdəki azyaşlı şagirdə nə öyrədəcək? Mənə elə gəlir ki, biz çox ciddi problemlə üz-üzəyik. Təhsildəki hər hansı güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis başqa bir şey təsəvvür edə bilmirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar