Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Bu, Böyük Qayıdışın daha yaxından eşidilən addım səsləridir”

Baxılıb: 832     Tarix: 21-10-2022 11:55   

“Azərbaycan Türkiyə ilə birgə səyləri nəticəsində gördüyü işlərlə bölgənin siyasi mənzərəsini dəyişəcək layihələri əzmlə həyata keçirir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bildirib.
“Ötən gün Türkiyə və Azərbaycanın dövlət başçılarının görüşü və vacib layihələrin həyata keçirilməsi bir daha onu göstərdi ki, qardaş ölkə 44 günlük müharibədə Azərbaycana necə siyasi dəstək göstərirdisə, bu gün də quruculuq işlərində də məsələlərdə bizim yanımızdadır. Zəngilandan ötən gün dünyaya verilən mesaj ondan ibarət idi ki, öz əzəli torpaqlarımıza əbədi qayıtmışıq.
Qarabağ və Şərqi Zəngəzur çiçəklənən diyara çevriləcək. Həyata keçirilən bütün quruculuq işləri də məhz bu məqsədə yönəlib. Qarabağda, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işləri Böyük Qayıdışın daha yaxından eşidilən addım səsləridir. İnanırıq ki, bütün layihələr uğurla başa çatacaq və insanlarımızın yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil”, - deyə Sahibə Qafarova qeyd edib.



{sape_links}{sape_article}