“Təkliflərin ardı-arası kəsilmədiyi üçün dinləmələr təxirə düşürdü”
Baxılıb: 663 Tarix: 24-10-2022 10:27
“Azərbaycanda keçirilən islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq genişlənib və siyasi partiyalarla dialoq başlayıb”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli bildirib.
“Bütün bunlar “Siyasi partiyalar haqqında” qanuna yeni baxışın ortaya qoyulmasını da gətirib çıxarır. Çünki Azərbaycanın qanunvericilik sistemi bütövlükdə və sistemli şəkildə dəyişdirilir. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müasir çağırışlara uyğunlaşdırılır”, - deyə o əlavə edib.
Fəzail İbrahimli qeyd edib ki, yeni qanun layihəsi Venesiya Komissiyasının tövsiyələrinə söykənir: “Bundan başqa, biz Ekspert Komissiyası yaratdıq və onlar qanun layihəsinin hazırlanmasında böyük rol oynadı. Qanun layihəsi hazırlanarkən ən yaxşı mütəxəssislər tərəfindən bu sahədə 20 ölkənin təcrübəsi araşdırıldı. Siyasi partiyalardan gələn təkliflərin də əhəmiyyəti oldu. Qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dək təklif gəldi”.
O vurğulayıb ki, qanun layihəsinin hazırlanmasında siyasi partiyalardan da gələn təkliflər az rol oynamayıb.
Sədr müavininin sözlərinə görə, qanun layihəsinə dair Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərəfindən sorğu həyata keçirilib: “Qanun layihəsinə dair dinləmələr bir ay əvvəl keçilməli idi. Gələn təkliflərin ardı-arası kəsilmədiyi üçün bu dinləmələr bir qədər təxirə salındı və bu gün keçirilir”.
Ən çox oxunanlar
Son xəbərlər