Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Əsas sərmayəni işğaldan azad olunan ərazilərə yönəldirik”

Baxılıb: 817     Tarix: 28-10-2022 12:42   

“2022-ci ilin oktyabr ayının sonuna qədər həm Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Xidmətinin xətti ilə illik büdcə planlarının yerinə yetirilməsi nəzərdə tutulur”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Mikayıl Cabbarov eyni zamanda qeyd edib ki, bu gün Azərbaycan dövləti əsas sərmayəni işğaldan azad olunan ərazilərin bərpasına yönəldir: “Bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır”.
O əlavə edib ki, bu qanun layihəsi qəbul olunarsa, gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı azaldacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar