Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir

Baxılıb: 524     Tarix: 05-11-2022 09:52   
 
İlham  Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı.

 Bu qələbə ilə həm torpaqlarımız azad olundu, həm də Azərbaycan regionda yeni reallıqlar yaratdı.Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandan isə bu müharibəni “XXI əsrin yeni savaşı” adlandırdı. Rəşadətli ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi hələ də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.

Bütün Vətən müharibəsi boyunca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Doğrudur, ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində “Qarabağ səmasının qartalı” adlandırılan, erməni hədəflərini məhv edən “Bayraqtar TB2” PUA-ları qələbədə mühüm rol oynadı. Azərbaycanın pilotsuz uçuş aparatlarının erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi. Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi düşmən mövqelərini, pilotsuz aparatların kameraları ilə obyektivə alınan videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımladıqca, bu dronların hədəfi atəş açmadan, ona çırpılmaq yolu ilə məhv etdiyini göstərən səhnələri nümayiş etdirdikcə modern təchizat və döyüş üsullarının həlledici amil olduğunu hamı görürdü.

Amma yenə də əsas güc əsgər, gizir və zabitlərimizin üzərinə düşürdü. Cavan canlarına qıyaraq vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz zəfəri, ilk növbədə, özlərinin qızırğalanmadıqları qızıl qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq.

Vətən müharibəsindən sonra ortaya çıxan mənzərə də göstərdi ki, Ermənistanın məqsədi zəbt etdiyi bütün torpaqlarımızı əbədi işğal altında saxlamaq idi. Belə olmasaydı, mürəkkəb müdafiə istehkamları qurmazdılar. Amma bütün bunlar qüdrətli Azərbaycan Ordusunun, qəhrəman hərbçilərimizin qarşısını kəsə bilməzdi və Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq...

Bu gün fəxarətlə deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir və bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı işlər artıq surətlə gedir.

 Saleh Sadıqov, “Meliorasiya və Su Təsərrüfati” ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisiшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər