Xəbər lenti
19/10/2026 [11:57]
Xəzərdə zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir - İnam Kərimov

Baxılıb: 1 087     Tarix: 21-11-2022 12:32   

Əsas hədəf 30 il öncə yurdlarını tərk etməyə məcbur qalan soydaşlarımızın yüksək şəraitli müasir kənd və şəhərlərə qayıdışını təmin etməkdir. Bu mənada Zəngilanda inşa olunan “Ağıllı kənd” MDB məkanında ilkdir, eyni zamanda dünyada mövcud olan digər ağıllı kəndlərdən fərqlənir.

"APA-Economics" xəbər verir ki, bunu “Ağıllı kəndlər: kənd yerlərinin inkişafına innovativ yanaşma” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, rəqəmsallaşma, alternativ enerjidən istifadə, ictimai xidmətlərin elektronlaşması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması “Ağıllı kənd”də kompleks şəkildə tətbiq olunmaqdadır. Buna görə Ağalıda inşa olunan “Ağıllı kənd” dünyada Azərbaycan modeli kimi qiymətləndirilə bilər. Bu yanaşma “Ağıllı kənd”lə tanış olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dəfələrlə vurğulanıb, etiraf olunub, nüfuzlu beynəlxalq tribunalardan səsləndirilib.

O qeyd edib ki, “Ağıllı kənd” təkcə yaşayış məntəqəsi və infrastruktur deyil, ilk növbədə yaşam tərzidir: "Çünki texnoloji yeniliklərin, innovasiyaların insanın gündəlik həyatına inteqrasiyası yeni yaşam tərzi formalaşdırır. Bu kəndlər insanları texnoloji yeniliklərə sürətli adaptasiya edən, ətraf mühitin daha yaxşı qorunmasına imkan verən, ekoloji tarazlığı təmin edən modeldir. Texnologiya və sosial həyatın uzlaşması “Ağıllı kənd” modellərini günümüzün tələbinə çevirir. Yeni yaşam tərzi insanların yaşıl enerjiyə, innovasiyalara, resurslardan səmərəli istifadəyə baxışını dəyişir, xərclərini optimallaşdırır, gəlirlərini artırır".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar