Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır”

Baxılıb: 871     Tarix: 23-11-2022 12:20   

“Siyasi partiyalar haqqında qanunun qəbulu Azərbaycanda yeni sistem formalaşdırmağa və demokratik dövlət kimi güclənməyə böyük töhfədir”.
Qanunvehedef.az xəbər verir ki, bunu deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən məhdudiyyət qoyulur, həm partiya yaradıcılarına, həm partiyada siyasi fəaliyyətlə məşğul olan şəxslərə… Məsələn, dini ekstremizmin və dini faktorun siyasətdən kənarlaşdırılması kimi. Bu, bir ehtiyacdır. Xarici dövlətin Azərbaycanın siyasi sisteminə hansısa Vardanyanların, Medvedçukların yol açmasına imkan verməmək zənnimcə, çox məntiqlidir və zəruridir”, - deyə Asim Mollazadə qeyd edib.
O, eyni zamanda qeyd edib ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır: “Bunlara ehtiyac varmı? Düşünürəm ki, bütün məhdudiyyətlər ciddi şəkildə azaldılmalı və ya qanundan çıxarılmalıdır”.



{sape_links}{sape_article}