Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ceyhun Bayramov Belarusun yeni XİN rəhbəri ilə danışdı

Baxılıb: 562     Tarix: 15-12-2022 13:35   

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Belarus xarici işlər naziri Sergey Aleynik arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Telefon danışığı zamanı tərəflər Azərbaycanla Belarus arasında mövcud olan çoxölçülü münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd edib və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Nazir Sergey Aleynik Azərbaycanla Belarus arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. Belarusun bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov Belarus xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar