Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ceyhun Bayramov Çavuşoğlu ilə zəlzələ bölgəsindəki vəziyyəti müzakirə etdi

Baxılıb: 576     Tarix: 16-02-2023 13:56   
 
Xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, telefon danışığı zamanı Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.
Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov, zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib. XİN rəhbəri, Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib. O, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.
Telefon danışığı zamanı, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib. Söhbət zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar