Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Siz hansı dinə qulluq edirsiniz?" — Maşın-dan uzaqlaşdırılan KƏRİM

Baxılıb: 619     Tarix: 03-10-2019 10:35   

"Maşın" realiti şousunun birinci günü qalmaqalları ilə yadda qalıb.
"Ölkə.Az" xəbər verir ki, dünən baş tutan buraxılışda müğənni Kərim Abbasov oyundan uzaqlaşdırılıb.
Oyundan sonra Kərim həmkarları haqqında bunları deyib:
"Quyu qazmaqlarına baxıb, şoka düşürəm. İnsanların neçə siması olar, hansı dinə quluq edirsiniz? Ümumiyyətlə, çalışın bir üzünüz olsun, amma çətin, mən gördüyümü gördüm".
Xatırladaq ki, dünənin səsvermə nəticəsi olaraq, aşıq Namiq Fərhadoğlu tribunaya çıxıb. O, tamaşaçıların səs çoxluğunu toplayaraq Kərimi oyundan uzaqlaşdırıb. 
Bundan başqa Kərim canlı efir zamanı, həmkarı müğənni Nazim Pişiyarı ilə də söz savaşına çıxıb.
Qeyd edək ki, "Maşın"da meyxanaçı Aqşın Fateh, Ayan Babakişiyeva, aparıcı Kəmalə Piriyeva, xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyarı, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov mübarizəni davam etdirir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet
Redaktor seçimi
Çox oxunanlar