Xəbər lenti
06/06/2026 [12:42]
ABŞ onlara viza vermədi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İlham Rəhimovun kitabı qırğız dilində - Foto

Baxılıb: 667     Tarix: 04-11-2019 12:14   
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun rus dilində çapdan çıxmış “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) kitabı qırğız dilində nəşr edilib.
Qanunvehedef.az xəbər verir ki, kitab Qırğıstanın Askar Salımbekov Fondu tərəfindən çap olunub.
Qeyd edək ki, “Cinayət və cəzanın fəlsəfəsi” kitabı 2013-cü ildə Sankt-Peterburq şəhərində rus dilində çapdan çıxmış və 2014-cü ildə Azərbaycan dilinə tərcümə edilərək Bakı şəhərində, "Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən çap olunub.
Nəfis şəkildə nəşr olunmuş kitabda cinayət hüququnun cinayət və cəza ilə bağlı olan başlıca problemləri tədqiq edilmiş, cinayətin mənbəyi, cəzanın mahiyyəti, cinayətkarlığın, cəzalandırmanın gələcək məsələləri haqqında geniş şərh verimişdir. Kitab hüquq üzrə ali məktəblərin tələbələri, magistr və doktorantları, müəllimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, cinayət hüququ sahəsində ixtisaslaşan nəzəriyyəçilər və praktiki fəaliyyətlə məşğul olan mütəxəssislər, eləcə də, filosoflar, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizə problemi ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar