Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..."

Baxılıb: 721     Tarix: 21-11-2019 11:05   

Xalq artisti Faiq Ağayev İTV-də yayımlanan "3 D" verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, ifaçı verilişdə tanınmış jurnalist Elçin Əlibəylinin televiziyadan getməsi barədə fikirlərini bölüşüb:
"Onun televiziyadan getməsi məni məyus etdi. Onu şəxsən tanıyıram, Elçin Əlibəyli qədər dərin zəkalı və dərrakəli insan Azərbaycan televiziyasında olmalıdır. Ona qarşı edilən "qara piar"ın şahidi olduqca məyus oluram. İnsan olaraq kiminsə xoşuna gəlməyə bilər, amma anlayıram ki, bu, Azərbaycan televiziyası üçün arzuolunmaz bir hadisədir".
Elçin Əlibəyli də öz növbəsində feysbukda Faiq Ağayevin fikirlərinə münasibət bildirib:
"Son günlər baş verənlərlə bağlı bir çox dəyərli ziyalılar, peşə dostlarım mənə açıq dəstək oldular. Status yazanlar, inboksuma məktub yollayanlar və yorumlarda müdafiə edən hər kəsin qarşısında baş əyib, təşəkkür edirəm! Əks fikirdə olanlara da təşəkkür, fikrinizə hörmətlə yanaşıram! Xüsusi təşəkkür böyük sənətkar Faiq Ağayevə düşür! Efirdə dünən haqqımda söylədikləri mənə ilham verdi!"
Daha sonra Faiq Ağayev millət vəkili olmaq iddiası haqqında danışıb. O, "Sizin ərazidə millət vəkili kimdir?" sualına maraqlı cavab verib:
"Bir neçə il məlum bir fiqur oldu. Onu deputat görmədiyim üçün seçkiyə getmirdim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə həyata keçirsəm, daha doğru olar. Çünki namizədin kim olduğunu bilirdim".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar