Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"Könül Təranə ilə küsülüdür, amma toyda eyni masada oturur"

Baxılıb: 763     Tarix: 22-11-2019 10:59   

"Bir dəfə ona sual vermirlər ki, onunla nəyin şərik düşüb? Harasa gedib, Könülü görəndə, hamıya salam verirəm. Heç bir söz-söhbətimiz, davamız olmayıb. Amma danışmır mənlə. Hamıya səbəb məlumdur".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral küsülü olduğu Əməkdar artist Könül Kərimovanın ünvanına deyib.
O, aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Könül Kərimova ilə Təranə danışmır. Amma Şəmkirdə toyda müğənnilər üçün stol açılıb. Orada Cabbar Musayev, Könül Kərimova, Təranə Qumral, Musa Musayev eyni masada oturublar. Toyda bir stolda oturur, verilişə gəlmirlər" sözlərinə belə cavab verib:
"Çünki orada pul var. Deyə bilməz ki, Təranə gəlirsə, mən yoxam. Çünki ev sahibi deyəcək ki, heç gəlmə. Beləcə, Könülün pulu batacaq.
Mənə verilişlərdə kimin olması maraqlı deyil. Öz yerimdəyəm, sözümü deyirəm və özümə güvənirəm. Könül Kərimova verilişdə olsa, məni çağırsalar, gələrəm. Kompleksim yoxdur".
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar