Səkinə İsmayılovadan Nəsimi ili bağlı ÇAĞIRIŞ: " Bu sənət meydanıdır, ÇIX sənətini göstər! "
Baxılıb: 521 Tarix: 16-12-2019 17:16
Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, "Nəsimi İli" elan edilməsi çox müsbət və təqdirəlayiq addım kimi dəyərləndirilir. Dahi şairin xatirəsinə dünya şöhrətli müğənni Sami Yusufun Azərbaycanda kansert verməsi və onun qəzəlinə oxuduğu mahnı da böyük əks- sədaya səbəb oldu. Həmçinin böyük qalmaqallara da yol açdı.
Bununla bağlı Sonxeber.az-a danışan Xalq artisti, professor, tanınmış xanəndə Səkinə İsmayılova nəsimi ili elan edilən vaxtdan hadisəyə, imzaya, addıma qoşulduğunu deyib. Xanım sənətçi Nəsimin sözlərinə Emin Sabitoğlunun "Eylədi" adlı əsərini lentə aldırdığını deyib. Gözəl bir iş alındığını deyən sənətçi həmin ifanın televiziyalarda efirə getdiyini və radiolarda səslənildiyini vurğulayıb. O, həmçinin Nəsimi ili ilə bağlı həmkarlarına tövsiyyələr də verib:
"Mən düşünürəm ki, hər bir sənət adamı bu işə qoşulmalıdır. Sənətkar olaraq tövsiyyə edirəm ki, hər bir ifaçı yardıcılığında mütləq mənada Nəsimidən bir parça ifa etsin".
Səkinə İsmayılova həmçinin dahi şair Nəsiminin qəzəlinə oxunan və qalmaqala səbəb olan məsələyə də öz münasibətini bildirib:
"Bu sənət meydandır. Qalmaqala ehtiyac yoxdur. Çıx, sənətini göstər. Yaşından, iş təcrübəsindən asılı olmayaraq götür bir iş gör, de ki, bu mənəm. Bu qalmaqala isə cavab verməyəcəm".
Şəlalə Babayeva
Ən çox oxunanlar
Son xəbərlər