Xalq artisti: " Flora xanım kimi sənətkarlar bu gün var sabah yoxdur"
Baxılıb: 597 Tarix: 17-12-2019 12:42
"Nəsimin qəzəllərinə oxunan birinci konserti mən keçirmişəm"
Bu açıqlamanı Xalq artisti Nəzakət Teymurova deyib. Xanım sənətçi Nəsimi ili ilə əlaqədar Ölkə Prezidentinin məlum Sərəncamı veriləndən sonra Nəsimin qəzəllərinə oxunan birinci konserti özü keçirdiyini deyib:
"Martın 4- də Beynəlxalq Muğam Mərkəzində Nəsiminin sözlərinə yazılmış mahnılar ifa etmişəm. Eyvaz Haşımovun Nəsimin qəzəllərinə bir neçə bəstəsi olub. Həmin mahnıları ifa etmişəm və tamaşaçılar tərəfindən də çox gözəl qarşılanıb. Təəssüf olsun ki, mediada açıqlanmır".
Nəzakət Teymurova son günlər Nəsiminin qəzələrinə bəstələnən mahnılara görə yaranan qalmaqala da münasibətini bildirib. O, Flora xanımı sənətin zirvəsində gördüyünü etiraf edib:
"Flora xanım sənətin pik nöqtəsindədir. Yəni bü günkü gündə bizə hansı iradı olsa da, sənətkar adamdır, onu biz məmnuniyyətlə qarşılayarıq. Flora xanım kimi sənətkarlar bu gün var, sabah yoxdur. Flora xanımın oxuduğu ifanı estradada heç kim oxumuyub və oxumuyacaq da. Qalmaqallar sənətkarlara yaraşmır. Mən öz işimlə tamaşaçıların və medianın qarşısına çıxmaq istəyirəm. Mənim adımın elə söhbətlərlə hallanmasını istəmirəm".
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Xalq artisti Nəzakət Teymurovanın "Qəlb aynası" adlı solo konserti olub.
Ən çox oxunanlar
Son xəbərlər