Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Röya 50 min manat tələb etdiyi həmkarına söz atdı - FOTO

Baxılıb: 664     Tarix: 26-12-2019 15:05   

Xalq artisti Röya Ayxan gözlənilmədən gənc müğənni Mina Hüseynə dəstək nümayiş etdirib.
BAKU.WS xəbər verir ki, Röya "İnstagram" səhifəsində Minanın ifa etdiyi "Özün günahkarsan" mahnısını paylaşaraq bu sözləri yazıb:
"Gözəlim, sən mənim səsim oldun, sən mənim gələcəyim oldun, çünki qadın elə qadındır! Biri həmən tonda hayqırar, biri həmən tonda danışar. Mənim üçün sənət sənsən! Gələcəyimin tarixi. Əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin!"
İzləyicilərin çoxu onun bu addımını alqışlasa da, bəziləri bu paylaşımın mahnının ilk ifaçısı Aygün Bəylərə bir mesaj olduğunu yazıblar. Dəstək mətnindəki "Biri həmən tonda hayqırar" cümləsinin məhz Aygün Bəylərə işarə edildiyini bildiriblər.
Xatırladaq ki, Əməkdar artist Aygün Bəylər ARB-nin "Səhər-səhər" verilişində Röya Ayxanın sənəti ilə bağlı xoşagəlməz fikirlər səsləndirmişdi. Xalq artisti A.Bəyləri məhkəməyə verərək bu fikirləri təkzib etməsini və 50 min manat mənəvi təzminat tələb etmişdi.
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar