Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bu gün Zeynəb Xanlarovanın 83 yaşı tamam olur

Baxılıb: 616     Tarix: 28-12-2019 11:04   

Bu gün Azərbaycanın görkəmli müğənnisi, Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Qanunvehedef.az axşam.az-a istinadən bildirir ki, Xalq artistinin 83 yaşı olur. Zeynəb Xanlarova 1936-cı ildə Bakıda dünyaya gəlib. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.O, 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Zeynəb Xanlarova, həmçinin bir sıra mahnıların da müəllifidir. Dünyanın bir çox ölkələrində konsertlər verib. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
O,1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artistidir. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır (1985). "Şöhrət" və "Heydər Əliyev"ordeni ilə təltif edilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar