Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Keti Perridən qəribə açıqlama: “Ərimlə məni bir-birimizə yadplanetlilər bağlayır”

Baxılıb: 1 184     Tarix: 05-08-2020 13:39   

Qızını qucağına alacağı günləri hesablayan dünyaca məşhur müğənni Keti Perri həyat yoldaşı aktyor Orlando Blum ilə münasibətləri və evliliyi haqqında açıqlamalar verib.
“The Sunday Times”a danışan müğənni bildirib ki, onları bir-birinə ruhani aləmə olan maraq və sevgi bağlayır.
Həyat yoldaşının hər səhər 7-də qalxıb meditasiya etdiyini deyən Perri bildirib ki, bizi bağlayan şeylərdən biri ruhani aləmi araşdırmaqdır:
“Əsas sevgi dillərimizdən biri də mənəvi inkişafdır. Biz mistikanı, yadplanetliləri, macəranı çox sevirik. Bunlar bizi birləşdirən əsas elementlərdir”.
“Smile” adlı yeni albomu bu ayın sonunda çıxacaq Perri və Blum qız övladlarının dünyaya gəlməsini səbirsizliklə gözləyirlər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar