Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Onun əlindən qaçıb gizlənmişəm – Alim Qasımov

Baxılıb: 1 233     Tarix: 05-08-2020 14:03   

Koronavirus pandemiyası qurtaran kimi böyük konsert verəcəyəm. Konserti Heydər Əliyev Sarayda gerçəkləşdirməyi planlaşdırırıq. Hələ ki, konsertə ad qoymamışam. Mənim üçün ad yox, insanların həmin konsertdən zövq almağı önəmlidir.
Bunu Kult.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. O bildirib ki, pandemiyaya görə xaricdə konsert vermək planları da pozulub:
“Pandemiya başladı. Hər yer dərbədər oldu, yollar da bağlandı. Allahın göndərdiyi bəladır. Həmişə dua edirəm ki, millətimizə heç nə olmasın, bu bəladan da sovuşaq. Hazırda Bakıda deyiləm. Pandemiya başlayan kimi onun əlindən Şamaxıya qaçmışam. Şair demişkən, Füzuli dərd əlindən dağa çıxdı, dedilər, bəxtəvər, yaylağa çıxdı. Buna istirahət demək olmaz, koronavirusun əlindən qaçıb burada gizlənmişəm”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar