Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Vüsalə Əlizadənin qardaşının öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR - FOTO

Baxılıb: 422     Tarix: 16-08-2021 13:00   

Tanınmış teleaparıcı Vüsalə Əlizadənin qardaşının həlak olduğu yol qəzası ilə bağlı cinayət işi açılıb.
Publika.az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadənin ölümü ilə nəticələnən hadisə ilə bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş açılıb. Zəruri ekspertizalar təyin edilib.
Publika.az-ın əldə etdiyi digər məlumata görə, hadisə ötən gün axşam saat 18 radələrində baş verib. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadənin sürdüyü "Mercedes" markalı, 90 MZ 032 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə qəzaya avtomobil Şahağacı kəndi ərazisində hərəkətdə olarkən qarşısına qəfil maneənin çıxması və sürücünün manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub.
Araşdırmalar davam etdirilir.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar