Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

İlham Rəhimovun "Din və Cəza" kitabı ingilis dilində çap edildi

Baxılıb: 571     Tarix: 18-08-2021 11:52   
Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun Rusiyanın Sankt-Peterburq şəhərində rus dilində çap edilmiş “Религия и Наказание” (Din və Cəza) adlı kitabı İngiltərədə ingilis dilinə tərcümə edilib.
Qanunvehedef.az xəbər verir ki, bu kitabda dünya dinlərində cinayət və cəza institutunun tədqiqat məsələləri işıqlandırılıb. Həmçinin müəllif tərəfindən dünya dinlərinin ən görkəmli nümayəndələrinin cəza probleminə olan müxtəlif yanaşma və baxışları da araşdırılıb.
Kitab tələbələr, doktorontlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, filosoflar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Din və cəza” kitabı Almaniyada alman dilində çap olunmuşdur. Eyni zamanda, türk dilində də Türkiyədə çap prosesinə hazırlıq gedir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar