Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Həkim nəzarətindəyəm" - Müalicə üçün Rusiyaya getdi

Baxılıb: 294     Tarix: 21-09-2021 14:25   

Müğənni Xatirə İslam bir müddətdir Rusiyadadır.
Qanunvehedef.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi Moskvaya müalicəyə getdiyini bildirib. O qeyd edib ki, hazırda həkim nəzarətindədir və təcili olaraq çəki atmalıdır:
"Hələ də arıqlamaq üçün bir vasitə tapmamışam. Müalicəmlə əlaqədar pəhriz saxlamalıyam. Həkim deyib ki, gündə 2,5 litr su içməliyəm. Bir çox adam mənə arıqlamaq üçün dərman dedi. Amma tərkibində kimyəvi qatqı olan heç nə içə bilmərəm. Kimyəvi maddələr olan çaydan da uzaq durmalıyam. Tərkibində heç bir zərərli maddə olmayan arıqladıcı vasitələr lazımdır. Həkim nəzarətindəyəm".
Qeyd edək ki, sənətçi bir müddət əvvəl ana olmaq istədiyini bunun üçün müalicə aldığını açıqlamışdı. "İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.
İndi ikinci dəfə ana olmaq yolunda sonuncu addımı atmışam. Son şansımdır. Ortada heç nə yoxdur, amma çalışıram. Müalicə gedir" deyə, Xatirə açıqlamasında qeyd edib.шаблоны для dle 11.2